İsveçin paytaxtı Stokholmun ətrafındakı Vallingbi rayonundakı yaşayış binalarından birində baş verən partlayışdan sonra yaranan yanğın nəticəsində 10 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda yerli polis idarəsinin növbətçisi Niklas Mattsson bildirib. Onun sözlərinə görə, polis partlayışla əlaqədar araşdırmaya başlayıb.
Yanğın söndürüldükdən sonra binanın təhlükə altında olduğu bildirilib. Binanın sakinləri yaxınlıqdakı məktəbə təxliyə ediliblər.
Yanğın nəticəsində xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB