Yunanların Misirdə yaratdıqları qədim Navkratis şəhərində aparılan arxeoloji qazıntılar zamanı on minə yaxın əşya aşkarlanıb. Axtarışlar Nil çayının deltasında Britaniya Muzeyinin mütəxəssisləri tərəfindən 2012-ci ildən aparılır. Alimlər tapılan əşyaların həm tarix, həm də elm sahəsində böyük əhəmiyyət kəsb etdiyini söyləyirlər.
Qədim Navkratis zəngin ticarət şəhəri olduğundan burada çoxlu sayda zinət, məişət əşyaları, o cümlədən qab-qacaq və heykəllər tapılıb. Mütəxəssislərin qənaətinə görə, bu əşyaları eramızdan əvvəl VI əsrdə firon Ahmos yunanlara hədiyyə olaraq gətiribmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB