200 min litr sulfat turşusu daşıyan qatar relsdən çıxıb
Avstraliyada qorxunc qəza

Avstraliyada təxminən 200 min litr sulfat turşusu daşıyan yük qatarı relsdən çıxaraq qəzaya uğrayıb. "Euronews.com" xəbər verir ki, qəza ölkənin şimal-şərqindəki Culiya Krek qəsəbəsinin yaxınlığında baş verib. 26 vaqonluq qatarın relsdən çıxmasının səbəbi hələ ki bilinmir. Hadisə zamanı 3 maşinist yüngül xəsarət alıb.

Qəzadan sonra ətrafa dağılan sulfat turşusunun əraziyə ziyan vuracağı ilə bağlı narahatlıqlar var. Səlahiyyətlilər hadisə yerinə iki kilometrdən çox yaxınlaşmağı qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə