Birləşmiş Krallığın şimalında güclü yağış və sel səbəbiylə əhalinin bir hissəsi evlərindən təxliyə olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən York şəhəri və ətraf bölgələrdə güclü yağış səbəbiylə aidiyyatı qurumlar əhaliyə diqqətli olmağı məsləhət görüb. İngilis ordusu sel baş verən ərazilərdə çayların daşmaması üçün ehtiyat tədbirləri görür. Baş nazir Devid Kameronun sabah seldən əziyyət çəkən bölgələrə səfər edəcəyi gözlənilir.
Şotlandiyada da əhaliyə sel xəbərdarlığı edilib. Uelsin şimalında çoxlu sayda evlər boşaldılıb. Çaylarda suyun rekord səviyyədə yüksəldiyi bildirilib. Yollar sel səbəbiylə bağlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB