2015-ci ildə ABŞ-da 51 mindən çox silahlı hücum qeydə alınıb. SİA-nın məlumatına görə, bu silahlı hücumlarda 13 minə yaxın adam həlak olub, 26 mindən çox insan isə yaralanıb.
ABŞ konstitusiyasına görə, ölkə ərazisində yaşayan hər bir vətəndaş silahdan istifadə edə bilər. Bu baxımdan ölkədə baş verən bir çox qarşıdurma halında silahdan istifadə olunur. Bu zaman çoxlu insan tələfatı yaşanır.
ABŞ-ın "Silahlı Şiddət Arxivi" təşkilatı 2013-cü ildən bu yana ölkədə yaşanan silahlı hücumlar haqda məlumatları siyahı halına gətirib. Siyahıya görə, ölkədə 2014-cü ildə baş vermiş 51 min 775 silahlı hücum zamanı 12 min 574 nəfər həyatını itirib, 23 min 38 min nəfər isə yaralanıb.
2015-ci ilin əvvəlindən dekabrın 24-ə qədər isə 51 min 169 silahlı hücum qeydə alınıb. Hücumlar zamanı 12 min 975 insan həlak olub, 26 min 236 nəfər isə müxtəlif yerlərindən xəsarət alıb.
Hücumlar zamanı 0-17 yaş arası 281 nəfər həlak olub, 2 min 989 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB