Əfqanıstanın şərqində, Tacikistanla həmsərhəd Bədəxşan əyalətində ötən gecə baş vermiş 6,9 bal gücündə zəlzələ Pakistanda da dağıntılara səbəb olub. Xayber-Paxtunxva əyalətinin fövqəladə hallar idarəsinin nümayəndəsi Latif ur-Rexman bildirib ki, ilkin məlumata görə, Mardan şəhərində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Peşəvərdə 48, Svatda 17, Xanquda 8 nəfər dağıntılar altında qalıb.
Zəlzələ Tacikistanda və Hindistanda da hiss edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB