Tornado ABŞ-ın Alabama ştatında yerləşən Birmingem şəhərində ciddi dağıntılara səbəb olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Milli Meteoroloji Xidmətin məlumatına əsasən tornado şəhərə dekabrın 25-də yerli vaxtla təxminən 17:00-da daxil olub. ABC telekanalı təbii fəlakət nəticəsində xəsarət alanların olduğunu, şəhərə xeyli ziyan dəydiyini bildirib.
Hazırda Alabama ştatının bəzi rayonlarında ən yüksək - "qırmızı" təhlükə səviyyəsi elan olunub. Milli Meteoroloji Xidmət leysan yağışları və daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında baş verən qasırğa və leysan yağışları nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb və azı 40 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB