Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi körpüsündə intihar etməyə cəhd edən vətəndaşı fikrindən daşındırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan intihara cəhd edilən ərazidə avtomobilini dayadıraraq intihar cəhdinin qarşısı alınıb.
Türkiyənin Prezident Aparatından verilən məlumatda bildirilib ki, prezident ərazidəki problemlə maraqlanıb, bu zaman intihara cəhd etmək istəyən vətəndaş fikrindən daşınıb və Ərdoğanın avtomobilinə yaxınlaşıb.
Ailə problemlərindən dolayı intihara cəhd etdiyini deyən vətəndaş prezidentə təşəkkür edib.
Prezident Ərdoğan vətəndaşın problemlərini dinləyib və səlahiyyətli şəxslərə bu problemlərin yaxın zamnda həll edilməsi haqda təlimat verib.
![]()
![]()
![]()
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB