Miqrantları daşıyan qayıq batdı 18 ölü

Miqrantları daşıyan qayıq batdı 18 ölü

Türkiyənin İzmir şəhərində miqrantları daşıyan qayıq batıb. SİA-nın Tükiyə mətbuata istinadən verdiyi məlumata görə, İzmirin Dikili mahalında baş verən hadisə nəticəsində 18 nəfər həlak olub.

Qəzadan bir müddət sonra Sahil Təhlükəsizlik Komandirliyi hadisə yerinə gəlib.

İtkin düşmüş 2 nəfər hələ də təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

Hazırda iki motorlu qayıq və bir helikopter hadisə yerində axtarış aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə