Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı və Ukrayna ilə münasibətləri düzəltmək istədiklərini bildirib. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, prezident Putin Moskvada təşkil edilən İnternet İqtisadiyyatı forumunda Brüsseldə keçirilən görüş haqda danışıb.
Putin Ukrayna və Avropa İttifaqı heyətinin iştirak etdiyi toplantıda Aİ heyətinin sədrinin əlini masanın üstünə vuraraq "oyun bitti" deyib toplantını tərk etdiyini bildirib.
Bununla bağlı danışan Putin sədrin avropalı kimi davranmadığını deyib. Lakin Rusiyanın Avropa İttifaqı və Ukrayna ilə əlaqələri düzəltmək istədiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB