Rusiyanın iç üzü açıldı FOTOLAR

Rusiyanın iç üzü açıldı FOTOLAR

Beynəlxalq Əfv təşkilatı Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar nəticəsində yüzlərlə sadə vətəndaşın öldüyünü bildirib. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, təşkilat Rusiyanın Suriyada bu günə qədər 200-dən artıq sadə vətəndaş qətlə yetirdiyini açıqlayıb.

Təşkilatın araşdırmalarına görə, Rusiya hərbi qüvvələri evlərə, məscidlərə, bazar yerlərini və xəstəxanalara hücum edərək onları bombalayır.

Təşkilat Rusiyanın Suriyada apardığı son altı hərbi əməliyyatı təhlil edib və əməliyyatlar nəticəsində 200-dən artıq sadə suriyalı vətəndaşın həlak olduğunu açıqlayıb.

Araşdırmada qeyd edilib ki, Rusiya dəfələrlə Suriyada sadə vətəndaşlara xələl yetirmədiyini açıqlasa da bu doğru deyil, Rusiya beynəlxalq aləmi aldadır.

Bütün xəbərlər Facebook səhifəmizdə