Türkiyədə terror aktı 7 yaralı

Türkiyədə terror aktı 7 yaralı

Türkiyənin Diyərbəkir şəhərinin Sur vilayətində PKK-ya qarşı aparılan hərbi əməliyyatlar zamanı partlayış baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlum ata görə, hadisə zamanı beş əsgər və iki sadə vətəndaş yaralanıb.

Hadisə günorta saatlarında baş verib. Terrorçular tərəfindən əldə hazırlanmış bomba partlayıb və nəticədə yeddi nəfər yaralanıb.

Artıq 22 gündür ki, şəhərdə çölə çıxmaq qadağan edilib. Hazırda Sur mahalında hərbi əməliyyatlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə