Rusiya Türkmən dağına hücum etdi 24 ölü

Rusiya Türkmən dağına hücum etdi 24 ölü

Rusiya hərbi qüvvələri Suriyanın Lazkiyə çölündə yerləşən Türkmən dağı və Cəbəl Əkrad istiqamətində hücumlar həyata keçirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar nəticəsində 24 sadə vətəndaş həlak olub.

Məlumata əsasən ölənlər arasında qadın və uşaqlar da olub. Hələ ki, 50-yə yaxın yaralının olduğu bildirilib.

Rusiya reaktivlərinin bölgəyə hücumu dünən səhər saatlarından başlayaraq, axşama qədər davam edib. Əməliyyat həm qurudan, həm də havadan aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə