Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini artırması ilə bağlı qərarından sonra bir çox ölkədə milli valyuta dollara nisbətən ucuzlaşdı. Türkiyənin Mərkəzi Bankının təyin etdiyi məzənnəyə görə bir dollar 2,96 türk lirəsinə bərabər olub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Pul Siyasəti Təşkilatının toplantısında 7,50 olan siyasi faizi sabit saxlayıb.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bank tərəfindən elan edilən məzənnədə bir dollar 2,92 türk lirəsinə bərabər idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB