Rusiyanın nəhəng enerji şirkəti "Qazprom" Türkiyəyə satılan təbii qazın qiymətlərinə endirim edəcək. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, "Qazprom" hazırkı şəraiti və dünya bazarındakı payını nəzərə alaraq bəzi şərtlər əsasında Türkiyəyə idxal edilən təbii qazın qiymətinə endirim edə bilər.
"Renaissance Capital"ın neft və təbii qaz üzrə eksperti İldar Davletşin məsələni şərh edib.
O bildirib ki, ABŞ-ın yaxın zamanda istehsal etməsi gözlənilən qaya qazı ilə əlaqədar "Qazprom"un da müəyyən addım atması gözlənilir. "Qazprom" iqtisadi rəqabətdə uduzmamaq və bazarda payını itirməmək üçün belə bir addım ata bilər və beynəlxalq iqtisadi əlaqələrini itirməmək üçün müştərilərinə endirim edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB