Türkiyə erməni üsyanı ərəfəsində PKK çağırış etdi

Türkiyə erməni üsyanı ərəfəsində PKK çağırış etdi

"Kürdüstan Bölgəsi Başçısı Məsud Bərzaninin diplomatik müvəffəqiyyəti sayəsində Kürdüstan bayrağı meydanlarda və beynəlxalq mərasimlərdə digər ölkələrin bayraqları yanında yerini alır". Bu haqda "Rudaw" qəzeti məlumat yayıb. Hər il kürd milləti 17 dekabrda bayraq gününü qeyd edir. Kürdüstan Demokrat Gəncləri Birliyi (Cənubi), Kürdüstan Gənclik Hərəkatı (Şimali), Kürdüstan Demokrat Gəncləri Birliyi (Şərq) və Kürdüstan Demokrat Gəncləri və Tələbələri Birliyi (Qərb) tərəfindən göndərilən qısa mesajda deyilir:

"Kürdüstan Milli Bayrağı 1920-ci ildə Hoybun Cəmiyyəti tərəfindən kürdlərin müstəqilliyinin nişanəsi olaraq təqdim edilib. Cəmiyyət bütün hərəkat və işlərində bu bayraqdan istifadə edib. 1927-ci ildə isə Ağrı dağında milli bayraq kimi göstərilib.

Bu günkü kimi Mahabad Kürdüstan Respublikası da Kürdüstan bayrağını 69 il əvvəl Mahabadda dalğalandırıb. Qazı Məhəmməd asılaraq edam edilməzdən əvvəl bayrağı Mele Mustafa Bərzaniyə verərək kürdlərin simvolu olaraq hər zaman dalğalanmasını vəsiyyət edib.

Bu gün Kürd gəncləri bu bayrağın hər zaman dalğalanması üçün canlarını fəda edir. Bu bayrağın kölgəsi altında Kürdüstanın qəhrəman peşmərgələri İŞİD terrçularına qarşı döyüşürlər. Bu müqəddəs gündə bizlər, yəni dörd parça Kürdüstanın gəncləri olaraq kürd xalqına çağırış edirik. Kürdüstan milli layihəsinə sahib çıxaq və birlikdə müstəqilliyimizin əsasını qoyaq".

Və indi bu mesajdakı cümləyə yaxından baxaq:

"Kürdüstan Milli Bayrağı 1920-ci ildə Hoybun Cəmiyyəti tərəfindən kürdlərin müstəqilliyinin nişanəsi olaraq təqdim edilib. Cəmiyyət bütün hərəkat və işlərində bu bayraqdan istifadə edərək 1927-ci ildə Ağrı dağında milli bayraq kimi göstərib".

Bu Hoybun nədir?

HOYBUN: ERMƏNİ təşkilatıdır. Erməni daşnaksütyun təşkilatının kürdlərlə qurduğu təşkilatının adıdıdır, Hoybun. Bu təşkilat 1930-cu ildə Ağrı-erməni üsyanını başladıb, Molla Mustafa Bərzani də 500 peşmərgəsiylə Dağlıca Piyada bölüyünə hücum edərək Hakkari hücumunu başladıb və erməni üsyanına dəstək olub.

Uzun sözün qısası, PKK kürd qılığına girmiş Hoybun Erməni təşkilatı olub. Kürd uşaqları dağa çıxardılaraq Erməni Təşkilatına Kürd qılığı geyindirmək istəyir.

Türkiyə eynilə 1930-cu ildə olduğu kimi erməni üsyanı ilə qarşı-qarşıya olduğunu görməli və buna görə hərəkətə keçməlidir!

Bütün xəbərlər Facebook səhifəmizdə