Rusiyanın Volqaqrad vilayətində 9 mərtəbəli yaşayış binasında ardıcıl olaraq baş verən partlayış nəticəsində ölənlər olub. İlkin məlumata görə, 5 nəfərin meyiti tapılıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, gecə saatlarında xilasedicilər ilk meyiti dağıntılar altından çıxara biliblər. Məlumata görə, hələ 5 nəfərin dağıntılar altında olduğu güman edilir.
Hazırda 11 nəfər xəstəxanalardadır. Onların arasında ağır vəziyyətdə olanlarda var. Buna görə də ölü sayının artacağı istisna edilmir.
hadisə Kosmonavtlar küçəsində qeydə alınıb. Hüquq-mühafizə orqanı əməkdaşının verdiyi məlumata görə, ikinci partlayışın qaz qalıqlarının söndürülməsi zamanı baş verdiyi ehtimal edilir. Hadisə zamanı xəsarət alanlardan üçü uşaqdır.
Ehtimal edilir ki, hadisə 7-ci mərtəbədə baş verib. İlk partlayış baş vedikdən sonra 7-ci mərtəbədə yerləşən mənzillər uçub. Həmin mənzillərin söndürülməsi zamanı isə ikinci partlayış baş verib.
Binada baş verən yanğın



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB