Türkiyənin Şirnak vilayətinin Cizrə və Silopi, Diyarbəkirin Sur, Mardinin Darkeçid rayonlarında aparılan hərbi əməliyyatlar zamanı son dörd gün ərzində 102 PKK terrorçusu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin cənubi-şərq bölgəsində yerləşən dörd mahalda küçəyə çıxmaq qadağan edilib.
Hərbi əməliyyatlar hələ də davam etdirilir.
Təhlükəsizlik qüvvələrinin verdiyi informasiyaya görə, Şirnak vilayətinin Cizrə rayonundan aparılan əməliyyatlar zamanı 70, Silopda aparılan əməliyyatlar zamanı altı terrorçu öldürülüb. Atışma zamanı Cizrədə yeddisi yaralı olmaqla səkkiz terrorçu tutulub.
Diyarbəkirin Sur mahalında 16, Mardinin Darkeçid mahalında isə 10 PKK terrorçusu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB