Avropa və Türkiyə öz hava məkanını Rusiya bombardmançıları üçün bağlayıb
Avropa ölkələri və Türkiyə öz hava məkanını Suriyada əməliyyatlar keçirən Rusiyanın uzaq mənzilli bombardmançı təyyarələrinin üzünə bağlayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, bu səbəbdən rusiyalı təyyarəçilər qarşılarına qoyulan tapşırıqları Avropadan yan keçməklə icra etməyə məcbur olublar.
Rusiya Hərbi Kosmik Qüvvələrinin təmsilçisi Anatoli Konovalov yaranmış vəziyyətin uzaq mənzilli bombardmançı təyyarələrin məqsədlərini hər bir şəraitdə uğurla həyata keçirməyə qadir olduğunu göstərdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB