ABŞ-ın İraqda həyata keçirdiyi hərbi hava əməliyyatı nəticəsində İraqın 55-ci Tuqay ordusundan 30-dan çox iraqlı əsgər həlak olub, 20-yə yaxın əsgər isə yaralanıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Əl Zamil hücumun El Namiyə qəsəbəsi yaxınlığında həyata keçirildiyini deyib.
İraqın 55-ci Tuqay ordusunun İŞİD-ə qarşı apardığı mübarizəni yüksək qiymətləndirən Əl Zamil məsələ ilə bağlı istintaq işi açılacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB