NATO anlamadı Rusiya başa saldı

NATO anlamadı Rusiya başa saldı

Rusiya başçısı Vladimir Putinin qatıldığı illik mətbuat konfransında anlaşılmazlıq yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, jurnalistlərdən biri Putinə Ukraynada rus əsgərlərinin olub-olmadığı haqda sual verib.

Daha sonra isə NATO-nun baş katibi Stoltenberq Putinin cavabını şərh edib. Baş katib Putinin Ukraynada rus əsgərlərinin olduğunu təsdiqlədiyini şərh edib. Lakin Kreml sözçüsü bu faktı inkar edib.

Putinin mətbuat köməkçisi Dmitri Peskov məsələyə belə açıqlıq gətirib: "Putin öz cavabında Ukraynada rus əsgərlərinin olduğunu təsdiqləmədi. Məsələni şərh edənlər düzgün məlumat verməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə