Klinton: “Birləşmiş Ştatlar yeni terror aksiyalarına hazır olmalıdır” XƏBƏRDARLIQ

Klinton: “Birləşmiş Ştatlar yeni terror aksiyalarına hazır olmalıdır” XƏBƏRDARLIQ

ABŞ-ın sabiq dövlət katibi, Demokratlar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Hillari Klinton ötən gün Minnesot ştatının Minneapolis şəhərində yerləşən universitetdəki çıxışında bəyan edib ki, ABŞ yeni terror aksiyalarına hazır olmalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, növbəti prezident seçkilərində favorit namizəd kimi təqdim edilən Klinton buna misal kimi San-Bernardinodakı qanlı olayı nümunə gətirib. Sabiq dövlət katibinin dediyinə görə, əgər o prezident seçilərsə, amerikalı vətəndaşları terrordan mühafizə etmək üçün, onların təhlükəsizliyi naminə əlindən gələni əsirgəməyəcək.

Prezidentliyə namizəd ilkin olaraq, "İslam Dövləti" və s. terror təşkilatlarının sosial şəbəkələrdə insanları öz sıralarına cəlb etməsinin qarşısının alınmalı olduğunu vurğulayıb.

Klinton ABŞ-a viza almaq üçün müraciət edənlərin ciddi şəkildə yoxlanmalarının vacibliyindən də danışıb. O, qeyd edib ki, xarici vətəndaşlara viza verilməmişdən öncə onlar barəsində müəyyən prosedurlar aparılmalıdır. Xüsusilə "İslam Dövləri" terror təşkilatının üzvlərinin olduğu ölkələrdən Amerikaya viza almağa çalışan şəxslər çox ciddi qaydada yoxlanılmalı, onlar haqqında məlumatlar dəqiqləşdirilməlidir.

Xanım namizəd qeyd edilənlərlə yanaşı, ABŞ-da silah satışı faktoruna da toxunub. Onun fikrincə, hakimiyyət ölkədə hərbi silahların satışına birdəfəlik son qoya biləcək qərar qəbul etməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə