İraq Rusiya vasitəsilə Türkiyəyə müharibə elan edir

İraq Rusiya vasitəsilə Türkiyəyə müharibə elan edir

İraq dövləti Rusiyadan 2 ədəd "MI-28-NE" tipli döyüş vertolyotu alıb. SİA-nın məlumatına görə, İranın Müdafiə Nazirliyinin sözçüsü Nəsir Nuri vertolyotların İraq və Rusiya dövlətləri arasında əldə olunmuş razılaşma əsasında alındığını açıqlayıb.

Nəsir Nuri bildirib ki, bu vertolyotlar sayəsində İraq ordusunun havadan müdafiə sistemi daha da möhkəmlənəcək.

Vertolyotların yaxın zamanda sahədə əməliyyatlara qatılacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl İraq hökuməti Türkiyə əsgərlərinin Mosulun Başika ərazisinə yerləşdirilməsinə etiraz etmiş və Türkiyənin İraqın ölkə suverenliyini pozduğunu bildirmişdi. Bununla bağlı Türkiyədən İraq ərazisinə idxal edilən malların Bağdaddan keçməsinə qadağa qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə