“Time” jurnalının versiyasına görə ...
ABŞ-ın "Time" jurnalı Almaniya kansleri Angela Merkeli "İlin adamı" seçib. TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NBC News telekanalının "Today" səhər şousunun efirində məlumat verilib.
Xatırladaq ki, "Time" jurnalının versiyasına görə "İlin adamı" ilk dəfə 1927-ci ildə elan olunub və bu ada Atlantik Okeanını təkbaşına uçaraq keçən amerikalı təyyarəçi Çarlz Lindberq layiq görülüb. Sonradan Uinston Çörçill (1874-1965), İosif Stalin (1878-1953), Roma Papası İoann II Pavel (1920-2005), Corc Buş (oğul) və başqaları ilin adamı seçiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB