Rusiya tərəfindən Türkiyəyə tətbiq edilmiş sanksiyalara qarşılıq olaraq Türkiyə Rusiya televiziyasının üzvlərini sərhəddən xaric edəcək. SİA-nın məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya dairəsi bu məsələ ilə bağlı açıqlama verib.
Burada deyilir: "Dekabrın 7-də "Rossiya-1" televiziya kanalının qrup üzvlərinin Türkiyənin Hatay vilayətində həbs edildiyini öyrəndik. Polis bölməsinə aparılan çəkiliş qrupu üzvləri polis tərəfindən Türkiyədəki iş prinsiplərini pozduqlarına görə ölkədən çıxarılacağı ilə bağlı xəbərdar edilib. Türkiyədəki səfirliyimiz məsələyə müdaxilə etsə də türkiyəli səlahiyyətlilərdən pozuntunun nə ilə bağlı törədildiyi haqda məlumat ala bilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB