Koalisiya qüvvələri hərbi düşərgəni BOMBALAYIB

Koalisiya qüvvələri hərbi düşərgəni BOMBALAYIB

ABŞ liderliyindəki koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin Suriya ordusunun Deyr əz Zordakı hərbi düşərgəsini bombaladığı bildirilib.

SİA xarici mediaya istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi də bu əməliyyatı təsdiqləyib və qınayıb. Nazirlikdən verilən açıqlamada deyilib: "ABŞ liderliyindəki koalisiyadan 4 reaktiv təyyarə bazar günü Suriya hökumətinə aid hərbi düşərgəni vurub. Suriya Ərəb Respublikası ABŞ liderliyindəki koalisiya qüvvələrinin Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının zidd bu ictimai və çirkin hücumunu şiddətlə qınayır"

Qeyr-rəsmi məlumatlara görə, koalisya qüvvələrinin bombardımanı nəticəsində Suriya rejiminin 3 əsgəri ölüb, 13 əsgəri yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə