Putin və Nazarbayev TELEFONLA DANIŞIB

Putin və Nazarbayev TELEFONLA DANIŞIB

Rusiya Dövlət Başçısı Vladimir Putinə telefonla zəng edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev terrorla mübarizə, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, telefon danışığında iki lider terrorla və radikal qruplarla mübarizədə beynəlxalq əməkdaşlıq çərçivəsində qlobal bir şəbəkə yaradılmasını diqqətdə saxlayıb. Ukraynadakı vəziyyət haqqında da fikir mübadiləsi aparan liderlər problemin sülh yolu ilə ən qısa zamanda həllini tapmasından yana olduqlarını dilə gətirib.

Putin və Nazarbayev həmçinin, Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin toplantılarına hazırlıqları da qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə