İran silkələndi

İranın cənub-qərbində, "Buşer" atom-elektrik stansiyasından 105 kilometr məsafədə 5.0 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:53-də qeydə alınıb. Zəlzələnin episentri Firuzabad şəhərindən 61 kilometr şimal-qərbdə, ocağı isə 31.9 kilometr dərinlikdə yerləşib.

Mümkün dağıntılar barədə informasiya daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə