Baş Katib: “Yanvarda atəşkəs elan ediləcək” AÇIQLAMA

Baş Katib: “Yanvarda atəşkəs elan ediləcək” AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Ki-mun Suriya probleminin həlli məqsədi ilə Vyanada edilən beynəlxalq toplantının əhəmiyyətli olduğunu və yanvar ayında ölkədə atəşkəsin elan edilməsini gözlədiklərini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyada razılaşma təmin edilmədikcə bu ölkədə terrorçuların qaydalarının işləyəcəyini bildirən Baş katib ötən beş il ərzində suriyalıların inanılmaz faciə yaşadığını deyib. Bu gün 13 milyon suriyalının ölkə içində və xaricində olmaqla təcili humanitar yardıma ehtiyac duyar vəziyyətə düşdüyünü izah edən Pan Ki-mun bildirib: "Bu ağrılar terrorizmin və ekstremizmin önünü açdı. Davam edən faciə və vəhşilik Suriya böhranında həddi aşanların kök salmasına imkan verərkən terroristlər üçün də mükəmməl bir zəmin yaratmış oldu. Bu səbəblər fərqli ölçülərdə müxtəlif böhranların meydana gəlməsinə gətirib çıxardı".

Suriyada yaşanan böhranla bağlı Vyanada baş tutan görüşlərin əhəmiyyətindən danışan Baş katib deyib: "İlk dəfə Vyanada daha əvvəl bir yerdə oturmayan ölkələr eyni masa ətrafında görüşərək problemin həlli üçün müzakirə etdi. 20-23 ölkə ilə beynəlxalq təşkilat, problemin kökündən həlli mövzusunda ortaq fikrə gəldi".

Pan Ki-mun Suriyalı silahlı müxalif qrupların da yığıncaqlara qatılması üçün bəzi ölkələrin israr etdiyini, bunlar içində Səudiyyə Ərəbistanının da olduğunu və özünün də bunu dəstəklədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə