Finlandiya Rusiya ilə sərhədləri BAĞLADI

Finlandiya Rusiya ilə sərhədləri BAĞLADI

Finlandiya sərhədçiləri heç bir xəbərdarlıq etmədən öz tərəfində yerləşən "Lotta" sərhəd-keçid məntəqəsini bağlayıb. Nəticədə Finlandiyaya keçmək istəyən 7-i azyaşlı uşaq olmaqla, 15 miqrant Rusiyaya məxsus sərhəd-keçid məntəqəsində ilişib-qalıb. SİA xəbər verir ki, bu barədə "vesti.ru" yazır.

Rusiya sərhədçilərinin bildirdiyinə görə, Murmansk vilayəti ilə həmsərhəd ərazidə yerləşən Finlandiyaya məxsus "Lotta" sərhəd-keçid məntəqəsi hər gün səhər saatlarından axşam saat 22:00-a qədər işləyir. Dünən saat 20:30-da Əfqanıstandan, Suriyadan, İrandan və Qvineyadan olan miqrantlar "Lotta" sərhəd-keçid məntəqəsini keçmək istəyərkən, finlandiyalı sərhədçilər sərhəd qapılarını bağlamaqla yanaşı, oraya patrul maşını da qoyublar.

Rusiyalılar bildirirlər ki, adətən gündə həmin sərhəd-keçid məntəqəsini 15-20 nəfər miqrant keçir. Bu baxımdan, 15 nəfərin bütün sənədləri qaydasında olmasına rəğmən, fin sərhədçiləri tərəfindən qarşılarının alınması anlaşılmaz qalır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə