Milyardlıq xəzinəylə dolu gəmi tapıldı KOLUMBİYADA

Milyardlıq xəzinəylə dolu gəmi tapıldı KOLUMBİYADA

Kolumbiya hökuməti 1708-ci ildə ingilislər tərəfindən batırılmış qədim ispan gəmisi – "San Xose"ni tapıldığını bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hazırkı dövrün hesablamalarına görə gəmidə böyük ehtimalla milyardlarla dollarlıq zinət əşyaları var.

Kolumbiya prezidenti Xuan Manuel Santos isə bildirib ki, aşkar olunmuş gəmi ilə bağlı o bu gün keçirəcəyi mətbuat konfransında detallar barədə məlumat verəcək.

Tarixi mənbələr də belə qənaətə gəlməyə əsas verir ki, İspaniya qaleonu "San-Xose" 1708-ci ildə ingilislər tərəfindən batırılıb. Gəminin göyərəsində müxtəlif növ zümrüdlərin, eləcə də nəhəng miqdarda qızıl və gümüş sikkələrin olduğu qeyd olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə