Alman deputat: "Ermənistan işğalçı dövlətdir" AÇIQLAMA

Alman deputat: "Ermənistan işğalçı dövlətdir" AÇIQLAMA

Ermənistan beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlayır". SİA xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Bundestaqda Avropa İttifaqı işləri üzrə komitənin sədri Hünter Krihbaum deyib.

O, Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin dörd qətnaməsini xatırladıb: "Biz təəssüf edirik ki, bu qətnamələr hələ də icra olunmayıb".

H. Krihbaum Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib: "Almaniya vaxtilə qaçqın problemi ilə üzləşmiş ölkə kimi bunu yaxşı anlayır. Hazırda dünyada 60 milyondan çox insan qaçqındır. ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya Qarabağ münaqişəsində aktiv vasitəçi kimi mühüm rol oynaya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə