"400-500 min qaçqın qəbul ediləcək"
Macarıstan Baş naziri Viktor Orban Avropa Birliyinin (AB) Türkiyə ilə "yarı-gizli" bir razılaşma imzaladığını və Türkiyədəki qaçqınların 400-500 min nəfərinin Avropa Birliyi tərəfindən qəbul ediləcəyini söyləyib. SİA xarici mediaya istinadən xəbər verir ki, paytaxt Budapeştdə keçirilən tədbirlərin birində çıxış edən Orban bu qaçqınların bir hissəsinin Macarıstan tərəfindən qəbul edilməsi üçün özlərinə də sıx təzyiqlər edilməsini gözlədiyini lakin təzyiqlərə boyun əyməyəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB