Belqradda ATƏT PA-nın Büro iclası keçiriləcək

Belqradda ATƏT PA-nın Büro iclası keçiriləcək

Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Büronun iclasında miqrant və qaçqın böhranı, ATƏT və ATƏT PA-nın bu istiqamətdə görəcəyi tədbirlər müzakirə olunacaq. Serbiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç də iclasa qatılacaq.

Dekabrın 3-4-də isə Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda toplantısı keçiriləcək. Toplantıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə