“Bürc-Xəlifə” dünyanın ən hündür binası titulunu itirə bilər

“Bürc-Xəlifə” dünyanın ən hündür binası titulunu itirə bilər

Dünyanın ən hündür binası olan Dubayın "Bürc-Xəlifə" göydələni öz titulundan məhrum ola bilər. Belə ki, Səudiyyə Ərəbistanı Ciddə şəhərində bir kilometr hündürlüyündə qüllə tikmək niyyətindədir. İnterfax informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı hökumətinin press-relizində "Jeddah Economic Company" şirkətinin və yerli "Alinma" investisiya fondunun kompleksin tikintisi üçün 8,4 milyard Səudiyyə rialı (2,2 milyard dollar) həcmində maliyyə sazişi imzalandığı qeyd olunur.

Hazırda layihə 26-cı mərtəbəyə qədər tikilib. Binanın final hündürlüyü isə 3280 fut (1000 metr) olmalıdır. Göydələnin 2020-ci ildə tamamlanması planlaşdırılır. Müqayisə üçün qeyd edək ki, "Bürc-Xəlifə" 2716 fut (827 metr) hündürlüyə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə