Rusiya İŞİD-lə savaşmır Açıqlama

Rusiya İŞİD-lə savaşmır Açıqlama

Ağ Ev Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarla bağlı açıqlama verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilib ki, Rusiya İŞİD-ə qarşı yox, Suriyadakı mövcud rejimə qarşı çıxan müxalifətçilərə qarşı mübarizə aparır.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının məsləhətçi müavini Ben Rods mətbuat konfransı vasitəsilə bildirib ki, Rusiyanın Suriyada apardığı əməliyyatlarda İŞİD mövqeləri nadir hallarda vurulub. O, Rusiyanın əsas məqsədinin Suriyadakı müxalifətçiləri məhv etmək olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə