"You Tube"la bağlı Şok Qərar

Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyədə "You Tube"u qadağan edən qanunla bağlı bəyanat verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarın Avropa İnsan Hüquqları Məhkəməsinin 10-cu maddəsinə zidd olduğunu bildirib və qanunun ifadə azadlığını pozduğunu bəyan edib.

Qeyd edək ki, Türkiyədə "You Tube" 2010-cu ildə Mustafa Kamal Atatürklə bağlı təhqiramiz video yayıldıqdan sonra qadağan edilib. Saytın qadağan edilməsinə etiraz edən 3 hüquq təmsilçisi Avropa İnsan Hüquqları Məhkəməsi müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə