Türkiyənin Diyarbəkir vilayətində Quran kursları binasında yanğın baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın Quran kursları binasının 2-ci mərtəbəsində başlayıb. Hadisəni görən şagirdlər polisə və xilasetməyə xəbər veriblər. 80 şagird təxliyə edilib. Yanğın söndürülsə də 6 azyaşlı yanaraq ölüb. 3 uşaq isə xəsarət alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB