ABŞ Şərqi Avropaya zirehli texnika yerləşdirəcək

ABŞ Şərqi Avropaya zirehli texnika yerləşdirəcək

Pentaqon rəsmisi Ceff Devis bəyan edib ki, bu gün Almaniyadan Rumıniyaya 70-ə qədər ABŞ zirehli hərbi texnikası göndəriləcək. SİA xəbər verir ki, bu barədə Pentaqon rəsmi saytındakı məlumatda qeyd olunur. Dekabr ayında isə zirehli texnikanın Bolqarıstana və Litvaya göndəriləcəyi bildirilir. ABŞ hərbi dairələrinin rəsmi saytında o da qeyd olunur ki, bu, "Atlantic Resolve" hərbi təlimləri zamanı zirehli texnikanın və silahlı qüvvələrin yerdəyişməsi baxımından əlverişli olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə