Çinin iri şəhərlərinə qış dumanı yaxınlaşır. Bazar günü havada zərərli hissəciklərin miqdarı normanı 10 dəfədən də çox üstələyib. Euronews telekanalı xəbər verir ki, Pekin hökuməti paytaxt sakinlərinə vacib olmadığı təqdirdə küçəyə çıxmamağı və otaqların pəncərələrini bağlı saxlamağı tövsiyə edib. Çinin paytaxtında təxminən 20 milyon insan yaşayır.
Sosial şəbəkələr bu qışı "nüvə qışı" adlandırırlar. Zəhərli duman həftələrlə şəhərdən çəkilmir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu duman hissəciklərinin insan orqanizminə düşməsi bronxial astma, ağciyər xərçəngi və digər xəstəliklərə səbəb ola bilər.
Bundan başqa, demək olar ki, sıfıra yaxınlaşan görmə şəraiti ağır yol nəqliyyat hadisələrinə gətirib çıxarır. Noyabrın 30-da səhər saatlarında Şensi əyalətindəki trasda 30-a yaxın avtomobil toqquşub və nəticədə 4 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB