Davudoğlu: “Kimsə bizdən üzr gözləməsin” AÇIQLAMA

Davudoğlu: “Kimsə bizdən üzr gözləməsin” AÇIQLAMA

Baş nazir Əhməd Davudoğlu NATO-nun baş katibi Jens Stoltenberg ilə Rus təyyarəsi böhranı ilə əlaqədar ortaq mətbuat konfransında "Kimsə üzr gözləməsin" deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberglə görüşən Davudoğlu Rusiya ilə terrorla mübarizə mövzusunda görüşməyə hazır olduqlarını söyləyib, həmçinin təyyarənin vurulmasının isə 'müdafiə məqsədli' olduğunu qeyd edib: "Hər səviyyədə görüşməyə açığıq. Türk hava sahəsinə hər kəs hörmət etməlidir. Biz gərginliyi artırmaq niyyətində deyilik. Türkiyənin sərhədlərini qoruması beynəlxalq vəzifədir. Ordumuz vəzifəsini yerinə yetirib. Kimsə bizdən vəzifəmizi etdiyimiz üçün üzr gözləməsin".

Ortaq mətbuat konfransında danışan NATO-nun baş katibi Jens Stoltenberg "Türkiyə öz sərhədlərini və hava sahəsini qoruma haqqına malikdir. Türkiyənin Rusiya ilə təmas qurma səylərini dəstəkləyirik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə