Putinə yaxınlığı ilə seçilən Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edən Ərdoğan Putin ilə ən qısa zamanda görüşməyə hazır olduğunu söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon danışığında iki ölkə arasındakı əlaqələr fonunda vurulan rus təyyarəsi ilə əlaqədar detallar da danışılıb.
Nazarbayev Rusiya ilə Türkiyə arasındakı əlaqələrdə gəlinən nöqtənin narahatlıq verici olduğunu bildirərək hadisənin işıqlandırılması üçün komissiyanın qurulmasını təklif edib.
Türkiyə və Rusiya arasındakı əlaqələrin dərin təməllərə söykəndiyini bildirən Nazarbayevin təsisi uzun illər davam edən bu müsbət əlaqələrin mühafizə edilməsinin lazım olduğuna diqqət çəkdiyi vurğulanıb..
Qazaxıstan prezidenti iki ölkə arasında yaşanan böhranın bir an əvvəl həll edilməsi üçün iki tərəfin də diplomatik kanalları açıq tutmasının əhəmiyyətli olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB