Madriddə müharibə əleyhinə mitinq keçirilib

Madriddə müharibə əleyhinə mitinq keçirilib

İspaniyanın paytaxtında "Bizim adımızdan olmasın" şüarı altında mitinq keçirilib. Sol siyasi təşkilatların təşkil etdiyi mitinqə 5 min nəfərin toplaşdığı bildirilir. İştirakçılar müharibə əleyhinə şüarları səsləndirərək Suriya ərazisinin bombardman olunmasına qarşı çıxış ediblər. Mitinqin qətnaməsində bildirilir ki, hərbi müdaxilə, bombardmanlar dünyaya sülh gətirə bilməz.

Etirazçılar dünyanın hegemon dövlətlərini aqressiv xarici siyasət yürütməkdə ittiham ediblər. Qətnamədə onların bu fikri də yer alır: "Biz terrorizmə, islamofobiyaya, müharibəyə qarşıyıq. Bunlar bizim adımızdan olmasın!".

Bütün xəbərlər Facebook səhifəmizdə