Kamerunda terror aktı: azı 17 nəfər həlak olub

Kamerunda terror aktı:  azı 17 nəfər həlak olub

Şənbə günü Kamerunun şimalında törədilən terror aktı nəticəsində azı 17 nəfər həlak olub. Bu barədə məlumatı Sinxua agentliyi yayıb. TASS informasiya agentliyi xəbər verir ki, hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Daha bir neçə nəfərin yaralandığı bildirilir.

Hələlik insidentin digər təfərrüatları barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə