Avtobusun gölə düşdü: 22 nəfər boğuldu

Avtobusun gölə düşdü:  22 nəfər boğuldu

Burkina-Fasoda sərnişin avtobusunun yoldan çıxaraq bənddən aşması nəticəsində 22 nəfər bataqlıqda boğularaq həyatını itirib. İnterfax informasiya agentliyi xəbər verir ki, qəza nəticəsində daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İnsident ölkənin ən böyük ikinci şəhəri Bobo-Diulaso şəhərindən 45 kilometr məsafədə, Kibaloqo yaşayış məskəni rayonunda baş verib.

Hadisə ilə bağlı təhqiqat başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə