Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Morell deyib ki, ABŞ "İslam Dövləti"nin nəzarətində olan neft obyektlərini vurmayacaq. Belə ki, regionda ekoloji təhlükənin qarşısını almamaq üçün belə qərar verilib. SİA-nın məlumatına görə, bu barədə "The Hill" nəşri yazır. O cümlədən qeyd olunur ki, neft emalı infrastrukturunun dağıdılmamasının digər səbəblərindən biri də həmin infrastrukturun Suriya xalqına məxsus olmasıdır. "Gələcəkdə həmin infrastrukturlar suriyalılara xidmət göstərəcək" -deyə, Maykl Morellin açıqlamasında bildirilir.
Yeri gəlmişkən, ABŞ-da Rusiyanın Suriyadakı hərbi bazalara C-400 zenit-raket kompleksləri göndərməsi qərarı da narahatlıq doğurmaqdadır. Bu barədə isə "France presse" yazır. "Bu effektli hərbi kompleks istənilən halda ciddi təhlükədir"-deyə, amerikalı hərbi məmurlara istinad edən agentlik yazır.
Xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Suriyadakı "Xmeymim" aviabazasına yeni istehsal olunmuş C-400 zanit-raket komplekslərini göndərmək üzrədir. Bu qərara isə Suriya-Türkiyə sərhəddində SU-24 bombardmançı təyyarə ilə bağlı baş verən məlum insident səbəb olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB