Hindistanın cənubunda təbii fəlakət hökm sürür. Ay ərzində ora düşən külli miqdarda yağıntı yüz minlərlə insanı evsiz-eşiksiz qoyub. Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Hindistanın cənubunda yerləşən Tamilnad ştatının administrativ mərkəzi Çennai şəhərində ay ərzində azı 1,1 min millimetr yağış yağıb. Bu göstərici əvvəlki bütün rekordları yeniləyib. Sinoptiklər sutka ərzində 139 millimetr yağıntı qeydə alıblar.
Ölkənin cənub-qərbində yerləşən Karnataka ştatının administrativ mərkəzi Banqalor şəhərində də tarixi maksimum yenilənib. Noyabr ayında ora 290 millimetr yağıntı düşüb.
Leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində Tamilnad ştatının Çennai və digər rayonlarında 170 nəfərdən çox insan həyatını itirib. Təbii fəlakət zonasında yaşayan 400 min nəfər isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB