Yunanıstan qorxu içində TERROR

Yunanıstanın paytaxt Afinada yerləşən futbol federasiyasının binası tamamilə təxliyyə edilib. SİA xəbər verir ki, bu barədə yunan mətbuatı "İmerisiya" yazır. Belə ki, günorta saatlarında federasiyanın binasında bombanın yerləşdirilməsi barədə məlumat verilib.

Ötən gün isə Yunanıstanın iş adamları federasiyasının binasında bomba partlayıb. Hadisə nəticəsində heç kim zərər çəkməyib. Naməlum şəxslər saatlı mexanizmlə quraşdırılmış bombanı idman çantasında binanın daxilinə yerləşdiriblər. Ölkə KİV-i qeyd edir ki, partlayışa 40 dəqiqə qalmış naməlum şəxslər iki qəzet redaksiyasına zəng edərək, baş verəcək partlayış barədə xəbərdarlıq ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə