Türkiyənin Baş naziri Əhməd Davudoğlu vurulan Rusiya təyyarəsi ilə bağlı açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Baş nazir bildirib ki, sərhədlərin təhlükəsizliyi, ölkənin hazırkı şəraitdə davamlılığını, vətəndaşların həyatı naminə hər cür fədakarlığı edəcəklər və bunun üçün hər bir tədbirə əl atacaqlar.
O, bunu bütün dünyanın bilməsini istəklərini vurğulayıb: "Bu gün Türkiyənin hava ərazisini pozan təyyarələrə qarşı silahlı qüvvələrimizin göstərdiyi reaksiyanı da bu cür qəbul etmək lazımdır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB