Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunun təqdim etdiyi yeni hökumət tərkibini təsdiqləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlunun təqdim etdiyi hökumət tərkibinin siyahısı görüşdən sonra açıqlanıb. Davudoğlu 64-cü hökumətin tərkibini Baş Nazirliyin Mərkəzi Binasında keçirilən mətbuat konfransında açıqlayıb.
Yeni hökumətin tərkibində Baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edəcək. Məhmət Şimşək, Numan Qurtulmuş, Yalçın Akdoğan, İldırım Toğrul Türkəş və Lütfi Əlvan Baş nazirin müavini vəzifəsini icra edəcəklər.
Ədliyyə naziri: Bəkir Bozdağ
Ailə və Sosial Siyasət üzrə nazir: Sema Ramazanoğlu
Avropa Birliyi üzrə nazir: Volkan Bozqır
Elm, Sənaye və Texnologiya üzrə nazir: Fikri İşıq
İş və İctimai Təhlükəsizlik naziri: Süleyman Soylu
Qida, Əkinçilik və Heyvandarlıq naziri: Faruk Çəlik
Gömrük və Ticarət naziri: Bülənt Tüfəngçi
Daxili İşlər naziri: Əfqan Ala
İnkişaf naziri: Cəvdət Yılmaz
Mədəniyyət və Turizm naziri: Mahir Ünal
Maliyyə naziri: Naci Ağbal
Təhsil naziri: Nabi Avcı
Müdafiə naziri: İsmət Yılmaz
Meşə və Su İşləri üzrə nazir: Veysəl Əroğlu
Səhiyyə naziri: Məhmət Müəzzinoğlu
Nəqliyyat, Dənizçilik və Rabitə naziri: Binali İldırım
Ətraf Mühit və Şəhərsalma üzrə nazir: Fatma Güldəmət Sarı
Xarici işlər naziri: Movlut Çavuşoğlu
İqtisadiyyat naziri: Mustafa Əlitaş
Enerji və Təbii Sərvətlər naziri: Bərat Albayraq
Gənclər və İdman naziri: Akif Çağatay
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB